Azərbaycan Prezidenti Qaraçay-Çərkəzin müftisini “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti Qaraçay-Çərkəzin müftisini “Dostluq” ordeni ilə təltif edib
Xarici siyasət
28 Fevral , 2019 10:53
Azərbaycan Prezidenti Qaraçay-Çərkəzin müftisini “Dostluq” ordeni ilə təltif edib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Berdiyev İsmayıl Aliyeviç “Dostluq” ordeni ilə təltif olunub.

Qeyd edək ki, İsmayıl Berdiyevin 65 yaşı tamam olur.