Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Mərkəzçi Demokratlar İnternasionalının prezidentini qəbul edib - YENİLƏNİB

    Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə YAP arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi, Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario David və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.

    "Report" xəbər verir ki, Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın Azərbaycana səfərinin səmərəli və maraqlı keçəcəyinə, bu səfərin əməkdaşlığa öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

    Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana qurumun həyata keçirdiyi işlər barədə məlumat verib.

    Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası (YAP) arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi