Yuxarı

Azərbaycan Prezidenti Latviya prezidenti və Oman Sultanına təbrik məktubu göndərib

Dövlət başçısı hər iki ölkənin xalqına daim sülh və firavanlıq arzulayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının prezidenti Andris Berzinşə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab prezident, Əziz dostum, Ölkənizin Milli günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm". 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur: "Ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açıb. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə də təbrik məktubu göndərib. Təbrikdə deyilir:

"Əlahəzrət, Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi