Bakı. 31 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev İrina Aleksandrovna Viner-Usmanovanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilib.