Azərbaycan Prezidenti İranın Ali Rəhbəri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İranın Ali Rəhbəri ilə görüşüb - YENİLƏNİB Prezident İlham Əliyev bilddirib ki, Azərbaycan və İran yaxın dost və qonşu ölkələrdir
Xarici siyasət
5 Mart , 2017 21:05
Azərbaycan Prezidenti İranın Ali Rəhbəri ilə görüşüb - YENİLƏNİB

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşlərini məmnunluqla xatırladıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan və İran yaxın dost və qonşu ölkələrdir. Son illər Azərbaycan-İran əlaqələrinin çox yaxşı inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, siyasi, iqtisadi və digər sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal dəstəkləyir.

Mütəmadi qarşılıqlı səfərlərin münasibətlərimizi daha da möhkəmləndirdiyini deyən Prezident İlham Əliyev bu səfərlər çərçivəsində 20-dək sənədin imzalanmasının və qərarların qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin tarixi hadisə olduğunu deyən Azərbaycan Prezidenti qeyd edib ki, bu, nəinki Azərbaycanın və İranın, ümumiyyətlə digər ölkələrin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacaq.

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini qeyd edən Seyid Əli Xamenei Prezident İlham Əliyevə fəaliyyətində uğurlar dilədi və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

***18:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

Son xəbərlər

Orphus sistemi