Prezident Raymonds Veyonis: "Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib" - YENİLƏNİB

Prezident Raymonds Veyonis: "Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib" - YENİLƏNİB Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü olub
Xarici siyasət
17 İyul , 2017 14:09
Prezident Raymonds Veyonis: Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib - YENİLƏNİB
President.az

Bakı. 17 iyul. REPORT.AZ/ Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edilib. Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışıb.

Görüşdə Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin əhəmiyyəti qeyd olunub, bu sənədlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib. Həmçinin təhsil sahəsində əməkdaşlıq müzakirə edilib və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışılıb.

Prezident Raymonds Veyonis vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğulayıb.


*** saat 12:35

Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün Riqada Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Raymonds Veyonisin Riqada geniş tərkibdə görüşü olub.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi