Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Aşqabadda Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.
Xarici siyasət
10 Oktyabr , 2019 20:05
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Aşqabadda Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

"Report" xəbər verir ki, Prezident İqor Dodonu salamlayan Prezident İlham Əliyev deyib:

- İqor Nikolayeviç, Sizi görməyimə şadam. Bizim ikitərəfli gündəliyimizə dair fikir mübadiləsi üçün yaxşı imkan yaranıb. Mən bizim görüşlərimizi, o cümlədən Bakıdakı görüşümüzü xatırlayıram. O vaxt biz ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə etdik, münasibətlərimizin inkişafına ciddi təkan verdik. Sıx qarşılıqlı fəaliyyətin davam edəcəyinə ümid bəsləyirik. Bizim fəal əməkdaşlıq edə biləcəyimiz mövzular, sahələr çoxdur. Əsas odur ki, ölkələrimiz arasında dostluq münasibətləri həm ticari-iqtisadi sahədə, həm investisiya sferasında və bütün başqa sahələrdə qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün yaxşı bazadır. Moldova bizə yaxın, dost dövlətdir. Düşünürəm ki, bugünkü fikir mübadiləsi də faydalı olacaq. Zənnimcə, əlaqələrimizin inkişafına yeni təkan verəcəyik.

Prezident İqor Dodon deyib:

-Hörmətli İlham Heydər oğlu, hörmətli dostlar. Əvvələn, bizim ikitərəfli münasibətlərimiz barədə Sizinlə yenidən fikir mübadiləsi aparmaq imkanına görə çox şadam. Bu ilin mart ayında Qlobal Forumda iştirak etməyimi xatırlayıram. Mən bu forumda artıq iki dəfə iştirak etmişəm və gələn il də iştirak etməyi planlaşdırıram. Qeyd etmək istəyirəm ki, bütün istiqamətlər üzrə işlərimiz yaxşı gedir. Sonuncu dəfə Bakıda Sizinlə söhbət zamanı mən demişdim ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın tərkibi yenilənəcək. Dünən Moldova hökuməti İqtisadiyyat nazirini Moldova tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri təsdiq edib. Buna görə ümid edirəm ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Sonuncu iclas 2012-ci ildə olub. Yəni, artıq 7 il keçib və bu müddətdə komissiya işləməyib.

Bir neçə həftə bundan əvvəl mən Sizə rəsmi dəvət məktubu göndərmişəm. Bu gün biz Moldova Respublikasına Sizin rəsmi səfərinizin mümkünlüyünü və hökumətlərarası komissiyanın iclasa hazırlıq məqsədilə həmsədrlərin görüşünün Kişineuda keçirilməsini müzakirə edəcəyik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.


*** 18:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Aşqabadda Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

Son xəbərlər

Orphus sistemi