Yuxarı
    Bağlamaq

    İlham Əliyev banqladeşli həmkarını təbrik edib

    Təbrik məktubu Banqladeşin milli bayramı- Müstəqillik günü münasibətilə olub

    Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri Md. Əbdül Həmidi ölkənin milli bayramı- Müstəqillik günü münasibətilə təbrik edib. "Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

    "Hörmətli cənab Prezident, 

    Banqladeş Xalq Respublikasının milli bayramı- Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim sülh və rifah arzulayıram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi