Azərbaycan Prezidenti Əfqanıstanın maliyyə nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Azərbaycan Prezidenti Əfqanıstanın maliyyə nazirini qəbul edib - ƏLAVƏ OLUNUB Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici siyasət
7 Noyabr , 2017 11:40
Azərbaycan Prezidenti Əfqanıstanın maliyyə nazirini qəbul edib - ƏLAVƏ OLUNUB
President.az

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Report" xəbər verir ki, dövlət başçısı iki ölkə arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək əməkdaşlığımızın artıq siyasi dialoq kimi mühüm sahəni və digər istiqamətləri əhatə etdiyini deyib. 

Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfərini və onunla müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayıb. Dövləti başçısı yüksək səviyyədə keçirilən görüşlər və danışıqlarda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın Əfqanıstanı dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, investisiya və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakimi, ilk növbədə, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlət başçısına çatdırıb. Nazir Azərbaycanın ölkəsinə verdiyi dəstəyin Əfqanıstan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir.

Dövlət başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi