Azərbaycan Respublikasının Prezidenti
"Report" xəbər verir ki, görüşdə “CISCO” şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirilib. Qeyd olunub ki, “CISCO” şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.
Prezident İlham Əliyev “CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.
“CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirib və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirib. Xanım Kelli Kramer qeyd edib ki, Azərbaycan “CISCO” şirkəti üçün regionda ən önəmli ölkədir.