Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının yeni rəhbərini təbrik edib

Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının yeni rəhbərini təbrik edib Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviçə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
4 Oktyabr , 2018 16:30
Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının yeni rəhbərini təbrik edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviçə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli Arkadi Vladimiroviç,

Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi