Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Belarusun baş nazirinin müavinini qəbul edib

    Vladimir Semaşko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısı İlham Əliyevə çatdırıb

    Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Belarusun baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Report" xəbər verir ki, V.Semaşko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısı İlham Əliyevə çatdırıb. O, Bakıya səfərindən ötən qısa dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. V.Semaşko Azərbaycanın dünyada ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq proseslərinin maraqla izlənildiyini vurğulayıb.

    Prezident İlham Əliyev Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində, cəmi iki ilə başa çatdırıldığını qeyd edərək bu Oyunların keçirilməsi üçün ən müasir idman obyektlərinin və infrastrukturun yaradıldığını bildirib.

    Görüşdə XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, bu tədbirə marağın ildən-ilə artdığı qeyd olunub.

    Söhbət zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    İ.Əliyev Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi