Yuxarı
    Bağlamaq

    Azərbaycan ​Prezidenti Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub

    Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edilib. Söhbət zamanı əməkdaşlığın iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və digər sahələrdə vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi