Yuxarı

Azərbaycan Prezidenti ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib

Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Report”un xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi