Yuxarı
    Bağlamaq

    Azərbaycan Pakistana yeni səfir təyin edib

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 2 may. REPORT.AZ/ Prezident İlham Əliyev Əli Əlizadənin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

    "Report" xəbər verir ki, sərəncamla Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Qeyd edək ki, Ə.Əlizadə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu olub və bir müddət əvvəl dövlət başçısının sərəncamıyla vəzifəsindən geri çağırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi