Azərbaycan nümayəndə heyətinin rəhbəri: "GUAM PA-da mühüm sənədlər qəbul olunacaq"

Azərbaycan nümayəndə heyətinin rəhbəri: "GUAM PA-da mühüm sənədlər qəbul olunacaq" Azər Kərimli: "Hər iki sənəd assambleyanın onuncu sessiyasında qəbul olunacaq"
Xarici siyasət
18 Dekabr , 2017 10:34
Azərbaycan nümayəndə heyətinin rəhbəri: GUAM PA-da mühüm sənədlər qəbul olunacaq
Report

Tbilisi. 18 dekabr. REPORT.AZ/ "GUAM Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən 10-cu sessiyasında bir sıra mühüm sənədlərin qəbul olunacağı gözlənilir".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Onun sözlərinə görə, GUAM PA-nın Büro və Komitə iclaslarında bir sıra mühüm məsələlərə baxılıb: "Həm GUAM PA-nın, Benilüks təşkilatı, Vişeqrad qrupu, Baltik Assambleyası və digər müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrinin inkişaf etdirilməsi, həm də GUAM PA-ya üzv ölkələrinin parlamentləri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Bundan başqa Büro və Komitələrdə iki vacib sənəd müzakirə olunub. Bunlardan biri GUAM PA-nın kommunikesi, digəri isə GUAM PA ilə Baltik Assambleyanın birgə bəyanatıdır. Hər iki sənəd müzakirə olunub və çox xırda dəyişikliklərdən sonra təqsidləqnmək üçün GUAM PA-nın sessiyasına tövsiyə edilib".

A.Kərimli bildirib ki, GUAM-a üzv olan dörd dövlətin ərazi bütövlüyü pozulub: "Bu qəbul etdiyimiz sənədlərdə mövcud problemlərin, münaqişələrin dövlətlərin ərazi bütövlüyünün bərpası çərçivəsində həllinin mümkünlüyü öz əksini tapıb. Hər iki sənədin assambleyanın onuncu sessiyasında qəbul olunacağı gözlənilir”.

Son xəbərlər

Orphus sistemi