Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyənin Xarici İşlər Nazirliyi və Türkiyə Radio və Televiziya Ali Şurasında görüşlər keçirib.
"Report"un xəbərinə görə, görüşlər zamanı Türkiyə Xarici İşlər Nazirliyinin dövlət kommunikasiyası sahəsində fəaliyyəti, media və sosial media ilə iş, habelə xaricdəki diplomatik nümayəndəliklərin media ilə fəaliyyət strategiyası, mətbuat katibliyinin fəaliyyəti, RTÜK-ün radio və televiziya sahəsində həyata keçirdiyi işlər, media savadlılığı, televiziyaların monitorinqi sistemi məsələləri müzakirə olunub.
Qeyd edək ki, nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.