Tbilisi. 10 dekabr. REPORT.AZ/ Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinin iştirakı ilə bağlı təsdiq alınıb, lakin heyətə daxil olacaq qonaqların səviyyəsi hələ razılaşdırılmayıb.
Nazir andiçmə mərasiminə qatılacaq qonaqlar barədə məlumatın gündəlik olaraq yeniləndiyini qeyd edib: “Bugünkü məlumata əsasən, Ermənistan prezidenti, Çexiya Senatının sədri inauqurasiya mərasimində iştirak edəcək. Mərasimdə Rumıniya, Moldova, Türkmənistan parlament sədri və ya nazirlər səviyyəsində təmsil olunacaq. Bu günə olan siyahı tam deyil. Hər dəqiqə, hər gün informasiya daxil olur”.
Xatırladaq ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da Telavi şəhərində keçiriləcək.