Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Xarici siyasət
  • 28 may, 2018
  • 09:16
Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi. 28 may. REPORT.AZ/ Tbilisidə keçirilən “Dayanıqlı inkişaf-2030” beynəlxalq konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri - Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev və Davamlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov mayın 28-də Parlamentlərarasi İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əlaqələrin inkişaf perspektivləri, Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün görülən işlər, bu sahədə parlament-hökumət əməkdaşlığı, eləcə də qeyri-hökumət təşkilatlarının prosesə cəlb olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin dayanıqlı inkişafla bağlı bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan Bakı Forumu ətrafında fikir mübadiləsi aparılıb. 

44 filmi