Yuxarı
    Bağlamaq

    Azərbaycan, İran və Rusiya bir sıra sahələr üzrə işçi qruplar yaradacaq

    Tehran, Moskva və Bakı həmçinin üç ölkənin vətəndaşları üçün gələcəkdə viza rejiminin asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb

    Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan, İran və Rusiya qarşılıqlı maraq doğuran sahələr üzrə işçi qruplar yaratmaq qərarına gəlib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıdakı görüşündən sonra qəbul edilməsi gözlənilən bəyannamə layihəsində deyilir.

    "Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə zəruri işçi qruplar yaratmaq qərarına gəlib", - deyə bəyannamə layihəsinin mətnində yazılıb.

    Bununla yanaşı, ölkələr biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

    Tehran, Moskva və Bakı həmçinin üç ölkənin vətəndaşları üçün gələcəkdə viza rejiminin asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi