Azərbaycan hökuməti ərəb nazirə medal verdi
Xarici siyasət
- 06 fevral, 2020
- 06:18
Azərbaycan hökuməti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri şeyx Abdulla bin Zayed əl-Nahayanı iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə görə təltif edib.
“Report” “Emirates News Agency”yə istinadən xəbər verir ki, mükafat Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr olunub.
BƏƏ-nin baş diplomatına medalı Azərbaycanın Əbu-Dabidəki səfiri Mahir Əliyev verib.
Nazir Azərbaycan hökumətinə xidmətlərinin dəyərləndirilməsinə görə təşəkkürünü bildirib, Azərbaycan və BƏƏ rəhbərliyi tərəfindən dəstəklənən iki ölkə arasındakı xüsusi münasibətləri yüksək qiymətləndirib.
M.Əliyev Azərbaycanın BƏƏ ilə əlaqələri bütün sahələrdə möhkəmləndirmək əzmində olduğunu bildirib.
Son xəbərlər
13:14
"Neftçi" yeni futbolçusunun transferini açıqlayıb
Digər13:10
Rumıniyada 1 500-dən çox bələdiyyə tətil elan edib
Digər ölkələr13:07
Alen Simonyan: ABŞ-nin vitse-prezidentinin Ermənistana səfəri yeni imkanlar açacaq
Region13:07
Neymar zədəsini sağaldıb
Futbol13:03
Azərbaycan ABŞ-dən kondisioner tədarükünü bərpa edib
Biznes12:58
Vitold Sartorius: "Azərbaycanda Merlər Razılaşmasının milli şəbəkəsinin yaradılmasına çalışırıq"
Energetika12:54
Joze Mourinyo yayda Portuqaliya millisinə rəhbərlik edə bilər
Futbol12:49
Emi Karlon: ABŞ şirkətləri 8 avqust razılaşmalarının potensialının reallaşdırılmasına töhfə verəcək
Xarici siyasət12:49