Yuxarı

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu qurumlarının rəhbərləri Tbilisidə toplaşacaqlar - EKSKLÜZİV

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu layihənin statusu müzakirə olunacaq

Tbilisi. 10 fevral. REPORT.AZ/ Fevralın 12-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu qurumları rəhbərlərinin növbəti toplantısı keçiriləcək.

Bu barədə "Report"a açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili məlumat verib.

Nazir deyib ki, görüşdə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, eləcə də bu layihənin statusu müzakirə olunacaq. Yolun tikintisinin tezliklə başa çatdırılması ilə bağlı lazımi qərarlar qəbul ediləcək.

Görüşdə, həmçinin üç ölkə arasında dəmir yolu daşınmaları, bu sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.

Tədbir çərçivəsində dəmir yolu qurumları rəhbərlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi