Azərbaycan gələn ilin iyulunda Efiopiya ilə birgə IV Şamaxı Toplantısını təşkil edəcək
- 24 iyul, 2026
- 19:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan gələn ilin iyulunda Efiopiya ilə birgə IV Şamaxı Toplantısını təşkil edəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq əsasında iyulun 22-23-də Şamaxıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrlərinin və UNFCCC-yə tərəf olan bir sıra dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin üçüncü qeyri-rəsmi toplantısında məlumat verilib.
Vurğulanıb ki, tədbir iştirakçıları Şamaxı Toplantısının ənənəvi platformaya çevrilməsinə dəstək ifadə ediblər və 2027-ci ildə keçiriləcək COP32-nin ev sahibi qismində Efiopiya nümayəndə heyəti növbəti ilin iyulunda Azərbaycanla birlikdə dördüncü Şamaxı Toplantısının təşkilinə hazır olduqlarını bildirib.