Yuxarı

​Azərbaycan FHN-in təyyarəsi Nepaldan Gürcüstan vətəndaşlarını da təxliyyə edəcək

Bu barədə hazırda Nepalda olan azərbaycanlılardan biri məlumat verib

Bakı. 30 aprel. REPORT.AZ/ Nepalda - təbii fəlakət zonasında olan azərbaycanlıları təxliyyə edəcək Azərbaycan təyyarəsi Gürcüstan vətəndaşlarını da Bakıya gətirəcək. Bu barədə “Report”a hazırda Nepalda olan azərbaycanlılardan biri məlumat verib. “Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsi azərbaycanlılarla yanaşı, Gürcüstan vətəndaşlarını da təxliyyə edəcək”, - o, bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

Həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlılarla yanaşı, Gürcüstan vətəndaşları da təxliyyə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi