Azərbaycan daha 175 vətəndaşını Gürcüstandan təxliyə edib

Azərbaycan daha 175 vətəndaşını Gürcüstandan təxliyə edib Gürcüstandan daha 175 Azərbaycan vətəndaşının təxliyəsi prosesinə başlanılıb.
Xarici siyasət
22 İyul , 2020 11:40
Azərbaycan daha 175 vətəndaşını Gürcüstandan təxliyə edib
0 : 00
0 : 00

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsi başa çatdırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, 175 vətəndaşın olduğu avtobuslar "Qırmızı körpü" sərhəd məntəqəsinə çatıb. 
 
Azərbaycan səfirliyinin məsul əməkdaşları vətəndaşların növbəli şəkildə sərhədi keçmələrini təmin edib.
 
Vətəndaşların bəziləri şəxsi avtomobillərində Azərbaycan ərazisinə daxil olub.
 

 saat 09.06

Gürcüstandan daha 175 Azərbaycan vətəndaşının təxliyəsi prosesinə başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, vətəndaşların Tbilisidə koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ olub. 

Təxliyə olunan şəxslərə onlarda COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib. 

Hazırda vətəndaşlar Azərbaycanın Gürcüstan səfirliyinin binası önünə toplaşır. Onlar saat 10:00-da 4 avtobusla Azərbaycanla sərhəddəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Ölkə ərazisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 300-dən çox vətəndaşının Gürcüstandan Vətənə çatdırılmasını təmin edib.

Son xəbərlər

Orphus sistemi