Azərbaycan BMT-də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə könüllü milli icmalını təqdim edəcək

Azərbaycan BMT-də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə könüllü milli icmalını təqdim edəcək BMT-nin Nyu-Yorkdakı qərargahında davamlı inkişaf üzrə yüksək səviyyəli siyasi forum başlayıb
Xarici siyasət
11 İyul , 2017 10:02
Azərbaycan BMT-də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə könüllü milli icmalını təqdim edəcək

Bakı. 11 iyul. REPORT.AZ/ BMT-nin Nyu-Yorkdakı qərargahında davamlı inkişaf üzrə yüksək səviyyəli siyasi forum başlayıb. "Report" xəbər verir ki, tədbir iştirakçıları yoxsulluq və aclığın aradan qaldırılmasına, sağlamlığın yaxşılaşdırılması və əhalinin rifahının yüksəldilməsinə, gender bərabərliyinin təmin edilməsinə, sənayeləşmənin təşviqinə, dənizlərin qorunmasına və tərəfdaşlığın inkişaf etdirilməsinə yönəlmiş məsələlərin həyata keçirilməsi nəticələrini qiymətləndirəcək.

BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini U Hunbo mətbuat konfransında qeyd edib ki, forumun yekunları üzrə bu mövzuda birgə nazirlər bəyannaməsinin qəbul ediləcəyi planlaşdırılır.

Forum çərçivəsində iyulun 17-dən 19-dək 44 ölkə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə könüllü milli icmalını təqdim edəcək. Onların arasında Azərbaycan, Belarus və Tacikistan da var.

Siyasi forum İqtisadi və Sosial Şuranın himayəsi altında keçirilir. U Hunbo bildirib ki, forum iştirakçıları arasında dünyanın bir çox ölkəsindən 70-dən çox nazir, eləcə də vətəndaş cəmiyyətinin 2400 nümayəndəsi var.

Xatırladaq ki, BMT-nin 2015-ci ilin sentyabrında baş tutan sammitində təşkilata üzv 193 dövlətin hamısı yekdilliklə 2030-cu ilədək 17 davamlı inkişaf məqsədini qəbul edib.

Son xəbərlər

Orphus sistemi