Azay Quliyev Sloveniyaya səfərə gedəcək

Xarici siyasət
  • 29 may, 2018
  • 13:17
Azay Quliyev Sloveniyaya səfərə gedəcək
Azay Quliyev

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev mayın 30-da Sloveniyaya səfərə gedəcək.

Şuradan "Report"a verilən məlumata görə, A.Quliyev səfər çərçivəsində Sloveniyanın Maribor şəhərində müharibə qurbanlarına həsr edilən “Dobrava Memorial Parkı” kompleksi ərazisində şuranın maliyyə dəstəyi ilə hazırlanan Xocalı soyqırımına həsr edilən xatirə lövhəsinin açılış mərasiminə qatılacaq.

Mayın 31-də Azərbaycanın Avstriya və Sloveniyada akreditə olunan səfirliyinin yaxından dəstəyi ilə təşkil olunan mərasimdə digər rəsmilər və ictimaiyyət nümayəndələrilə yanaşı Sloveniya prezidentinin, həmçinin Sloveniya parlamentinin Yuxarı Palatasının sədrinin də iştirakı nəzərdə tutulur.

Səfər iyun ayının 1- də başa çatacaq. 

Son xəbərlər

Bütün Xəbər Lenti