Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
- 13 aprel, 2018
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 aprel. REPORT.AZ/ Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.
Bu barədə "Report"a Parlamentin Mətbuat xidmətindən məlumat verilib.
İclasda ATƏT PA-nın iyulun 7-11-də Berlində keçiriləcək 27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və layihə sənədləri təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkilər üzrə müşahidə missiyalarının hesabatları, keçiriləcək tədbirlər barədə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.
A.Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək.
Səfər aprelin 17-də başa çatacaq.