Bakı. 29 oktyabr. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Albaniyanın sabiq prezidenti Rexhep Meidanı qəbul edib. XİN-dən "Report"a verilən məlumata görə, görüş əsnasında Azərbaycan və Albaniya arasında ikitərəfli əlaqələrin inkişafına münasibətdə məmnunluq ifadə olunaraq, Trans-Adriatik boru xəttinin region ölkələri üçün əhəmiyyəti qeyd olunub.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.