Yuxarı

​Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin imzalanma mərasimində iştirak ediblər

Bakı. 30 sentyabr. REPORT.AZ/ Həştərxanda Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb. “Report”un xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin imzalanma mərasimində iştirak ediblər.

Rusiya Hökuməti və Azərbaycan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə Sazişi Rusiya tərəfdən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Azərbaycan tərəfdən isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi