Azərbaycan prezidenti Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Xarici siyasət
  • 10 oktyabr, 2014
  • 09:59
Azərbaycan prezidenti Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. “Report”un xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib.

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşılayıb. Sonra Prezident Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa gələn digər dövlət başçılarını da qarşılayıb.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

İclasın iştirakçılarını salamlayan Belarus prezidenti dövlət və hökumət başçılarının bu tədbirdə iştirakını yüksək qiymətləndirib.

Azərbaycan prezidenti İlham Əliyev iclasda çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti