Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub. Report xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Həmçinin, iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Malayziya baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb. Ölkələr arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.