Azərbaycan Milli Məclisinin deputatı Avronest PA-nın Büro iclasında iştirak edəcək

Azərbaycan Milli Məclisinin deputatı Avronest PA-nın Büro iclasında iştirak edəcək İclasda qurumun cari və gələcək fəaliyyəti ilə bağlı müzakirələr keçiriləcək
Xarici siyasət
14 Oktyabr , 2014 13:05
Azərbaycan Milli Məclisinin deputatı Avronest PA-nın Büro iclasında iştirak edəcək
Bakı. 14 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Elxan Süleymanov PA-nın Büro iclasında iştirak etmək üçün oktyabrın 15-də Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən "Report"a bildirlib ki, iclasda qurumun cari və gələcək fəaliyyəti ilə bağlı müzakirələr keçiriləcək, təkliflərə baxılacaq. Bir sıra təşkilati məsələlər gündəmdə olacaq. Avropa Parlamentini Avronest PA-da təmsil edəcək yeni deputat heyəti Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinə təqdim ediləcək, IV plenar sessiyaya hazırlıq işləri görüləcək. Bu ilin oktyabr-noyabr aylarında Ukraynada və Moldovada keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 17-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi