Yuxarı

Azərbaycanın iqtisadiyyat və sənaye naziri İran prezidenti ilə görüşüb

Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə olunub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti İran prezidenti Həsən Ruhani ilə görüşüb.

“Report”un İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və xüsusilə də iqtisadi, ticari mübadilələrin artırılması yolları müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri ölkələrarası birgə iqtisadi komissiyanın iclasları çərçivəsində baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi