Azərbaycanın iqtisadiyyat və sənaye naziri İran prezidenti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri İran prezidenti ilə görüşüb Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə olunub
Xarici siyasət
17 Sentyabr , 2014 15:06
Azərbaycanın iqtisadiyyat və sənaye naziri İran prezidenti ilə görüşüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti İran prezidenti Həsən Ruhani ilə görüşüb.

“Report”un İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və xüsusilə də iqtisadi, ticari mübadilələrin artırılması yolları müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri ölkələrarası birgə iqtisadi komissiyanın iclasları çərçivəsində baş tutub.

Son xəbərlər

Orphus sistemi