Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti İran prezidenti Həsən Ruhani ilə görüşüb.
“Report”un İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və xüsusilə də iqtisadi, ticari mübadilələrin artırılması yolları müzakirə olunub.
Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri ölkələrarası birgə iqtisadi komissiyanın iclasları çərçivəsində baş tutub.