​Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Federasiya Şurasının medalı təqdim ounub

​Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Federasiya Şurasının medalı təqdim ounub Bu medal MDB ölkələrinin Parlamentlərarası Assambleyasının əməkdaşlığa görə ali mükafatıdır
Xarici siyasət
2 Oktyabr , 2014 17:37
​Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Federasiya Şurasının medalı təqdim ounub
Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri ilə görüşüb. “Report”un xəbərinə görə, V.Matviyenko M.Əliyevanın çox böyük ictimai fəaliyyət göstərdiyini vurğulayıb. Siz həmişə Rusiyada arzulanan qonaqsınız. Sizin qızınız Leyla da Moskvada gənclər hərəkatı, gənclər təşkilatları ilə çox böyük işlər aparır. Bu yaxınlarda Moskvada çox parlaq tədbir keçirildi. Mühüm olan odur ki, bütün ailə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün böyük işlər görür. Mən fürsətdən istifadə edərək, həmkarlarım adımdan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və humanitar əməkdaşlığa verdiyiniz töhfəyə görə Sizin fəaliyyətinizin qiymətləndirilməsi məqsədilə Federasiya Şurası tərəfindən təsis olunan medalı təqdim etmək istəyirəm. Bu medal MDB ölkələrinin Parlamentlərarası Assambleyasının əməkdaşlığa görə ali mükafatıdır. Biz bu mükafatı ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verən şəxslərə təqdim edirik”.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mükafata görə V.Matiyekoya minnətdarlıq edib: “Siz çıxışınızda Rusiya ilə Azərbaycan arasında olan münasibətlər barədə çox yaxşı danışdınız. Çıxışınız həqiqətən bütün sahələri əhatə edirdi. Buna görə də mən təkrar etmək istəmirəm. Təkcə onu demək istəyirəm ki, bizim bütün sahələrdəki münasibətlərimiz iki qonşu ölkənin öz siyasətini, münasibətlərini qarşılıqlı hörmət, dostluq və qarşılıqlı maraqlar əsasında qurmaq nümunəsi ola bilər. Həmişə belə olub və əminəm ki, bundan sonra da belə olacaq. Heydər Əliyev Fondunun verdiyi kiçik töhfələrin qiymətləndirilməsinə şadam. Sevinirəm ki, indi layihələr genişlənir. Bu yaxınlarda Prezident Həştərxanda olub. Mən tədbirə televizorda baxırdım və mənə çox xoşdur ki, Heydər Əliyev Fondunun adı çəkilirdi. Bizim münasibətlərimizdə Leylanın fəal iştirakı qeyd olundu. Yəni, bütün bunlar təbii proseslərdir və əminəm ki, bundan sonra da belə davam edəcək. Bir daha dəyərli mükafata görə çox sağ olun. Əminəm ki, bundan sonra daha da sıx əməkdaşlıq edəcəyik”.

Son xəbərlər

Orphus sistemi