Avstriyanın yeni səfirinin Azərbaycana gələcəyi tarix açıqlanıb

Xarici siyasət
  • 30 oktyabr, 2018
  • 10:01
Avstriyanın yeni səfirinin Azərbaycana gələcəyi tarix açıqlanıb
Sputnik Грузия

Bakı. 30 oktyabr. REPORT.AZ/ Avstriyanın Azərbaycanda yeni təyin olunan səfiri Aleksander Baerlin Bakıya gələcəyi tarix açıqlanıb.

“Report” xəbər verir ki, səfir Azərbaycan paytaxtına noyabrın 5-də gələcək.

Xatırladaq ki, əvvəlki səfir Aksel Vex Azərbaycanda diplomatik missiyasını artıq başa vurub. O, bu həftənin sonunda vətəninə qayıdacaq.