Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
27 May , 2022 17:28
Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İlham Əliyev

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlığın əldə olunmasına yönələn bütün səyləri, o cümlədən aprelin əvvəlində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş uğurlu görüşü dəstəkləyirik.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcək arzulayıram".

Son xəbərlər

Orphus sistemi