Avropa Şurası azərbaycanlı yeniyetməni mükafatlandırıb - FOTO
Xarici siyasət
- 01 oktyabr, 2019
- 14:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransada Avropa Şurasının 70 illiyi münasibətilə təntənəli mərasim keçirilir.
“Report”un Fransa bürosu xəbər verir ki, Strasburq Opera Evində baş tutan tədbirdə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye, Fransa prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edirlər.
Mərasimdə “Gələcəyin avropalısını necə təsəvvür edirəm“ inşa müsabiqəsinin iştirakçıları da mükafatlandırılıb. Onların arasında azərbaycanlı yeniyetmə Vahid Əsəd də var. O, inşa müsabiqəsinin qalibi seçilib.
V.Əsədə mükafatı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano (Linos-Alexandre Sicilianos) təqdim edib.
Son xəbərlər
03:47
Özbəkistanda Cizzax AES-in tikintisinə bu il başlanacaq
Region
03:15
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib
Digər ölkələr
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
02:14
Norveçdə pensiya yaşı artırıla bilər
Digər ölkələr
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə