Bakı. 10 mart. REPORT.AZ/ Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə tərəqqi hesabatı martın sonunda dərc olunacaq.
"Report" xəbər verir ki, Azərbaycan, eləcə də proqrama daxil olan digər ölkələr üzrə hesabatın martın 25-də dərc olunacağı gözlənilir.
Hesabat ölkədə iqtisadiyyat, demokratik islahatlar, insan hüquqları və s. də daxil olmaqla bir sıra sahələr üzrə əldə olunmuş tərəqqiyə dair xülasədir.
Xatırladaq ki, Aİ hər il Azərbaycanın da daxil olduğu 16 Avropa Qonşuluq Siyasəti ölkəsində əldə olunmuş tərəqqiyə dair hesabat dərc edir.