Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlılığını gücləndirmək niyyətindədir

Xarici siyasət
  • 18 dekabr, 2018
  • 06:27
Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlılığını gücləndirmək niyyətindədir

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün 3,2 milyon avro ayırmağı planlaşdırır.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni tenderində deyilir.

"Bu proqram "Şərq Tərəfdaşlığı" ölkələrində kibertəhdidlərə qarşı dayanıqlığın və cinayət-hüquqi tədbirlərin gücləndirilməsinə kömək edəcək və kibertəhlükəsizliyin və kiberhücumlara hazırlığın yüksəldilməsi üçün texniki və əməkdaşlıq mexanizmlərinin inkişafı üzrə tədbirlərə hesablanır", - tenderdə bildirilib.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Avropa İttifaqı tərəfindən başladılıb. Onun əsas məqsədi 6 ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.