Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Azərbaycana gələcək

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Azərbaycana gələcək Bakıda Günter Ottinger Ukraynanın energetika naziri ilə görüş keçirəcək
Xarici siyasət
3 Sentyabr , 2014 10:00
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Azərbaycana gələcək
Bakı. 3 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana gələcək. Report Avropa komissarının mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, G.Ottingerin Azərbaycana səfərinin məqsədi sentyabr ayının 8-9-da keçirələcək Şərq əməkdaşlığı ölkələrinin xarici işlər və energetika nazirlərinin görüşündə iştirak etməkdir. 

Səfər çərçivəsində sentyabr ayının 8-də G.Ottingerin Ukraynanın energetika naziri Yuri Prodan ilə görüşü baş tutacaq.

Bu görüşdən sonra qaz məsələsi ilə bağlı Aİ-Rusiya-Ukrayna formatında növbəti görüşün tarixi və keçiriləcəyi yerin razılaşdırılması gözlənilir. Bu görüşün sentyabr ayının ortalarında keçirilməsi ehtimalı olunur. 

Üçtərəfli görüşün keçirilməsinin nəzərdə tutulan müddəti bir neçə dəfə ertələnib. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya və Ukrayna qaz üzrə üçtərəfli görüşü sentyabr ayının 6-da keçirməyə hazırdırlar, lakin Avropa Komissiyasının razılığını gözləyirlər. 

Son xəbərlər

Orphus sistemi