“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə diqqət yetirəcək”.
“Report” xəbər verir ki, bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Vyanada mətbuat konfransında deyib.
O bildirib ki, daha əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla telefonla danışıb və regiondakı mövcud vəziyyəti müzakirə ediblər: “Bəli, Ukraynadakı müharibə mövzusu bizim əsas təhlükəsizlik prioritetimizdir. Lakin ATƏT regionunda digər potensial böhranların ortaya çıxması da diqqət mərkəzimizdədir”.
Daha əvvəl B.Osmaninin Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırdığı barədə məlumat verilmişdi.