Bakı. 23 may. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin mayın 27-də Azərbaycana gələcək.
Bu barədə "Report"a ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.
Bakıya səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycan və ATƏT PA-nın əməkdaşlıq perspektivlərini, regional məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
Qeyd edək ki, K.Vigenin bu gün regional səfər çərçivəsində Ermənistana gedib, mayın 25-də isə o, Gürcüstana səfər edəcək.