Lilian Mori Paskye: "Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir"

Lilian Mori Paskye: "Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir" “Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir. Məhz buna görə də Avropa Şurasının 70 illiyini Bakıda qeyd edirik”.
Xarici siyasət
11 Sentyabr , 2019 15:53
Lilian Mori Paskye: Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir
Report / Elchin MUrad

“Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir. Məhz buna görə də Avropa Şurasının 70 illiyini Bakıda qeyd edirik”.

“Report” xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçirilən “Hüquqlarımız, azadlıqlarımız, bizim Avropa” adlı konfransın açılışındakı nitqində bildirib.

Avropa Şurası ölkələrinin İnsan Hüquqları Konvensiyasını milli səviyyədə həyata keçirmələrinin əhəmiyyətinə toxunan qonaq Bakıda keçirilən tədbiri bu məsələlərin müzakirəsi üçün əlverişli platform kimi səciyyələndirib.

Lilian Mori Paskye həmçinin Azərbaycan hökumətinə əməkdaşlığa görə təşəkkür edərək səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla və başqa rəsmi şəxslərlə görüşlər keçirdiyini qeyd edib.

Qonaq Azərbaycan hökumətini Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul konvensiyasına qoşulmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi