​AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

​AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb Sessiyanın əsas müzakirə mövzusu Avropadakı miqrasiya böhranına humanitar və siyasi cavab olacaq
Xarici siyasət
5 Sentyabr , 2015 15:16
​AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti payız sessiyası 28 sentyabr 2 oktyabr tarixində Strasburqda keçiriləcək. "Report" AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşıdakı sessiyanın əsas mövzusu Avropadakı miqrasiya böhranına humanitar və siyasi cavab olacaq.

Həmçinin pasiyentlərin hüquqlarının qorunması və ictimai sağlamlığa əczaçılıq sənayesinin həddindən artıq təsirinin qarşının alınması üzrə debatlar keçiriləcək, həmmüəlliflərdən birinin Milli Məclisin deputatı Rafael Hüseynovun olduğu "Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış haqqında" məruzə təqdim ediləcək.

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələ, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) fəaliyyəti müzakirə olunacaq. Bundan başqa sessiyada növbəti beş il üçün qurumun yeni Baş Katibi seçiləcək.

Payız sessiyasının işi çərçivəsində Kral həzrətləri, Lüksemburqun böyük hersoqu Anri, Serbiyanın baş naziri Aleksandr Vuçiç, Bosniya və Herseqovinanın xarici işlər naziri Denis Zvizdiçin çıxış edəcəkləri gözlənilir.

Son xəbərlər

Orphus sistemi