Yuxarı

AŞPA Monitorinq Komitəsinin iclasında həmməruzəçilərin Azərbaycana səfəri müzakirə olunacaq

Komitənin iclası sentyabrın 22-23-də Tirana şəhərində keçiriləcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 22-23-də Albaniyanın paytaxtı Tirana şəhərində AŞPA Monitorinq Komitəsinin növbəti iclası olacaq.

Bu barədə "Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Sentyabrın 22-də keçiriləcək iclas zamanı AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərinin - Ştefan Şennax (Avstriya) və Sezar Florin Predanın (Rumıniya) iyun ayının 15-17-də Azərbaycana etdikləri səfərin yekunları müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi