Yuxarı

AŞPA Bürosu Azərbaycanda parlament seçkisinin müşahidə məsələsini müzakirə edəcək

Qurumun iclası Parisdə keçiriləcək

Bakı. 28 avqust. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun növbəti iclası avqustin 31-də Parisdə keçiriləcək. 

AŞPA mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Büronun iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsi məsələsi müzakirə olunacaq.

Eyni zamanda iclasda Qırğızıstan, Belarus, Ukrayna və Turkiyədə keçiriləcək seçkilərin müşahidə edilməsi məsələsinə də baxılacaq. Bununla bağlı hazırlanan plan müzakirə olunacaq. 

Qeyd edək ki, Azərbaycanda parlament seçkisinin noyabrın 1-də keçirilməsi nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi