Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti: "ARDNF-in özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır"

Xarici siyasət
  • 26 sentyabr, 2019
  • 11:25
Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti: ARDNF-in özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır

"Səfərimizin əsas məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birgə keçirdiyimiz tədbirdir. Dövlət Neft Fondu bizim uzunmüddətli yaxın tərəfdaşımızdır. Zənnimizcə, bu Fond peşəkarcasına idarə olunan fondlardan biridir və biz bu əlaqələrimizə böyük önəm veririk".

"Report"un xəbərinə görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O, dövlət başçısına qəbula görə təşəkkür edib: "Konfransın mövzusu “Müsbət təsirli investisiya”dır. Beynəlxalq Maliyyə Korporasiyası da bu məsələyə önəm verir və mövzunun çox aktual olduğunun şahidiyik. Azərbaycan Respublikası Dövlət Neft Fondunun özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır. Bir sözlə, çox yaxşı münasibətlərimiz mövcuddur".